DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Ölkəmiz Azərbaycan güclü idman dövlətidir”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Ölkəmiz Azərbaycan güclü idman dövlətidir”, ÖZEL
REKLAM ALANI
17.08.2024
A+
A-

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Ölkəmiz Azərbaycan güclü idman dövlətidir”, ÖZEL

 

Millet vekili Meşhur Memmedov,

 

Hər birimiz XXXIII Paris Yay Olimpiya Oyunlarını həyacanla izlədik, Azərbaycanı təmsil edən idmançıların uğurlarından qürur duyduq. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir. Biz bu Oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışıq. İdmançılarımız vətənə 2 qızıl, 2 gümüş və 3 bürünc medalla qayıtdı.
Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır.
İdmançılarımız Yay Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edib, Azərbaycan Bayrağını ucaltdı.
Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Nəzərə alsaq ki, İslam Əməkdaşlıq Təşkilatında 57 üzv mövcuddur, bu, çox gözəl və tarixi nəticədir.

Açıklama yok.

Azərbaycanda idmanın inkişafı həm dövlət səviyyəsində dəstək, həm də xalqın idmana olan marağı sayəsində sürətlə davam edir. Müxtəlif idman növlərində əldə edilən uğurlar, beynəlxalq arenada qazanılan medallar və ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirləri Azərbaycanın idman mərkəzinə çevrildiyini sübut edir. İdmanın inkişafı həm də sağlam gələcəyin təminatıdır, buna görə də bu sahəyə göstərilən diqqət gələcək nəsillərin fiziki və mənəvi inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Azərbaycanda idmanın bir çox növləri inkişaf edib. Ötən illərə nəzər salsaq görərik ki, Azərbaycanda idmanın inkişafı son illərdə böyük sürətlə irəliləyir. Ölkəmizdə idman mədəniyyəti və ənənələri uzun tarixi köklərə malik olsa da, müstəqillik dövründən sonra idmana daha çox diqqət ayrılmışdır. Bu sahədəki inkişaf həm dövlət siyasəti, həm də cəmiyyətin idmana marağı ilə bağlıdır.
XXXIII Paris Yay Olimpiya Oyunlarında bizim idmançılarımız beş idman növündə medallar qazanmışlar: cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.

Azərbaycanda idmanın inkişafında dövlətin rolu əvəzsizdir. Ölkə rəhbərliyi idman sahəsinə xüsusi diqqət ayırır və müxtəlif proqramlar, layihələr həyata keçirilir. Yeni idman kompleksləri tikilir, idmançıların hazırlıq səviyyəsinin artırılması üçün şərait yaradılır. Prezident İlham Əliyevin təşəbbüsü ilə idman və gənclər siyasəti inkişaf etdirilmiş və bu sahəyə böyük investisiyalar qoyulmuşdur. Bunun nəticəsində Azərbaycan beynəlxalq miqyasda tanınan idman ölkəsinə çevrilib.

Azərbaycanda idmanın müxtəlif növləri geniş yayılıb. Ənənəvi idman növləri ilə yanaşı, yeni və populyar olan idman növləri də inkişaf etdirilir. Futbol, güləş, cüdo və boks kimi idman növləri ən çox diqqət çəkənlərdir. Xüsusilə, Azərbaycan güləş və cüdo sahəsində dünya səviyyəsində böyük uğurlar qazanıb. Son illərdə voleybol, basketbol, şahmat, gimnastika, taekvondo və karate kimi idman növlərində də ciddi inkişaf müşahidə olunur.

Azərbaycanda idmanın inkişafı beynəlxalq arenada da öz bəhrəsini verir. Azərbaycan idmançıları Olimpiya Oyunları, Dünya və Avropa çempionatlarında böyük nailiyyətlər qazanırlar. Bir çox idmançımız öz fədakarlığı və hazırlığı ilə dünya səviyyəsində tanınır. Bundan başqa, ölkəmiz bir sıra beynəlxalq idman tədbirlərinə ev sahibliyi edir. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları, Formula 1 yarışı və 2017-ci ildə keçirilən İslam Həmrəyliyi Oyunları Azərbaycanı dünya idman xəritəsində ön sıralara çıxardı.
Azərbaycanda idmanın kütləviləşdirilməsi və gənclərin idmana cəlb edilməsi də ön planda saxlanılır. Məktəblərdə və universitetlərdə idmanın inkişafı üçün xüsusi proqramlar hazırlanıb, müxtəlif səviyyəli yarışlar keçirilir. Gənclərin sağlam həyat tərzi sürməsinə və idmana maraq göstərməsinə şərait yaradılır.
Prezident İlham Əliyev cari ilin 14 avqust tarixində XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarının və onların məşqçilərinin qəbulu zamanı idmanın daha da inkişafı, milli idmançılarımızın yetişdirilmə ilə bağlı vacib anonslar verdi.

Bir neçə idman növündə nəsillərin dəyişməsi prosesi gedir. Ona görə təbii ki, növbəti Olimpiya Oyunlarına bu prizmadan yanaşmalıyıq və xüsusilə uşaq-yeniyetmə idmanına bundan sonra da diqqət göstərilməlidir. Hər bir Olimpiya Oyunlarından sonra, xüsusilə ölkəmiz üçün uğurlu Oyunlardan sonra idman bölmələrinə uşaqların, yeniyetmələrin axını müşahidə olunur. Növbəti Olimpiya Oyunlarına hazırlıq prosesi də ardıcıl aparılacaq. Biz növbəti Olimpiya Oyunlarına da indidən hazırlaşmalıyıq.

 

Ülker PİRİYEVA/AZERBAYCAN

, , , , , ,

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.