DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olub

YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olub
REKLAM ALANI
31.01.2023
A+
A-

 

 

Xəbərlər

YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində olub

2023

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Gənclik Qollarının dəvəti ilə qardaş ölkəyə səfər edən YAP Gənclər Birliyinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüb.

Nümayəndə heyətini salamlayan Şamil Ayrım Azərbaycan ilə Türkiyənin “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq bütün sahələrdə müttəfiqlik münasibətlərini uğurla inkişaf etdirdiyini vurğulayıb. O, ortaq hədəflərin reallaşmasında gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü söyləyərək bu səfərin gənclər arasında əməkdaşlığın dərinləşdirilməsinə müsbət təsir göstərəcəyinə inamını ifadə edib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov hər iki ölkənin dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin zirvədə olduğunu bildirib. O qeyd edib ki, iki qardaş ölkənin gəncləri Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına layiqli töhfə vermək əzmindədirlər. B.İslamov səfər çərçivəsində keçirilən görüşlərin gənclər arasında gələcək əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

 

kaynak:http://www.yap.org.az/az/view/news/71683/yap-gencler-birliyinin-numayende-heyeti-turkiye-boyuk-millet-meclisinde-olub

 

 

REKLAM ALANI