DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Avstraliyanın xarici işlər nazirinə Ermənistanın növbəti ekoloji təxribatı barədə məlumat verilib

Avstraliyanın xarici işlər nazirinə Ermənistanın növbəti ekoloji təxribatı barədə məlumat verilib
REKLAM ALANI
19.06.2023
A+
A-

Avstraliyanın xarici işlər nazirinə Ermənistanın növbəti ekoloji təxribatı barədə məlumat verilib
, 2023

 

 

Avstraliyanın xarici işlər nazirinə Ermənistanın növbəti ekoloji təxribatı barədə məlumat verilib
Avstraliyada yaşayan Azərbaycan icması ölkəmizlə sərhəddə Ermənistanın ekoloji durumun gərginləşdirilməsi istiqamətində atdığı növbəti qəbuledilməz addımı hiddətlə pisləyib.

 

 

 

 

Avstraliya-Azərbaycan Assosiasiyası adında Avstraliyanın xarici işlər naziri Penni Vonqa ünvanlanan bəyanatda bildirilib ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə – Yerasx (Arazdəyən) kəndində Ermənistanın 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodu tikməsi Azərbaycan əsilli avstriyalılarda dərin narahatlıq hissi doğurur.

 

 

 

 

Bu xoşagəlməz addım Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması kimi dəyərləndirilib. Espo Konvensiyasının müddəalarına görə, digər ölkələrə mənfi ekoloji təsir baxımından Ermənistanın öz ərazisində planlaşdırdığı bu fəaliyyəti Azərbaycanın müvafiq qurumları ilə razılaşdırmalı olduğunun zəruriliyinə diqqət cəlb edilib.

 

 

 

 

Ermənistanın daim beynəlxalq hüquq və ekoloji hüquq normalarını kobudcasına pozduğu bir daha nəzərə çatdırılıb. Buna nümunə olaraq Azərbaycanın bir müddət öncə Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar qonşu ölkənin Espo Konvensiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olduğu, iri mədən müəssisələri olan Qacaran mis-molibden zavodunun və Qafan filiz emalı kombinatının yüksək kimyəvi tərkibli istehsalat sularının uzun müddət transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi zərər vurduğu kimi faktlar yada salınıb.

 

 

 

 

Azərbaycan icması Avstraliya hökumətini və parlamentarları regionun ekoloji təhlükəsizliyinə zərbə vuran, beynəlxalq hüquq normalarına zidd əməllər həyata keçirən Ermənistana təzyiq göstərməyə çağırıb.

 

 

 

 

 

 

 

 

 

 

Qeyd edək ki, bəyanat Avstraliyanın hökumət və parlament üzvlərinə də göndərilib.

FOTO QALEREYA

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/avstraliyanin-xarici-isler-nazirine-ermenistanin-novbeti-ekoloji-texribati-barede-melumat-verilib-3119

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.