DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Bişkekdə “Dilimiz milli sərvətimizdir” adlı elmi-praktik konfrans təşkil edilib

Bişkekdə “Dilimiz milli sərvətimizdir” adlı elmi-praktik konfrans təşkil edilib
REKLAM ALANI
27.11.2023
A+
A-

 

 

 

Bişkekdə “Dilimiz milli sərvətimizdir” adlı elmi-praktik konfrans təşkil edilib

, 2023

Bişkekdə “Dilimiz milli sərvətimizdir” adlı elmi-praktik konfrans təşkil edilib

 

 

 

“Heydər Əliyev İli” çərçivəsində Qırğız Respublikasında keçirilməsi planlaşdırılan tədbirlər planına uyğun olaraq Bişkek şəhərində “Dilimiz milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçirilib.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “İrs” İctimai Birliyinin və Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə baş tutan konfransda Qırğız Respublikası Prezident Administrasiyasının, ölkə parlamentinin (Joqorku Keneş), Elm və Təhsil Nazirliyinin, Mədəniyyət, Informasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin, Qırğızıstan Xalq Assambleyasının, Çingiz Aytmatov Fondunun nümayəndələri, hər iki ölkənin elm xadimləri və Azərbaycan diasporunun fəalları iştirak ediblər.

 

 

 

Qırğızıstan və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonaliyev açaraq, Azərbaycana ən çətin dövrdə rəhbərlik etmiş, vətəninin inkişafı üçün hər cür münbit şərait yaratmış dünya şöhrətli siyasətçi Heydər Əliyevin 1995-ci ildə Qırğızıstanda keçirilən “Manas” dastanının 1000 illiyi ilə bağlı tədbirlərdə iştirak etdiyini, onun “Bir-birimizə kömək edəcək, böyük Manasın qoyduğu yolla birlikdə irəliləyəcəyik” müdrik fikrinin unudulmadığını xatırladıb.

 

 

 

Sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks edirən videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov xatırladıb ki, bu il Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Milli mədəniyyətimizin, dilimizin, dinimizin, milli-mənəvi dəyərlərimizin ən böyük bilicisi və müdafiəçisi olan Heydər Əliyevin hələ sovet dövründə, 60-cı illərin sonlarından başlayaraq milli dilin təbliği üzrə ardıcıl siyasət apardığı, Azərbaycan dilinə dövlət dili statusunun verilməsi və onun qanunvericilikdə təsbit edilməsinə nail olduğu bildirlib.

 

 

 

Sonra Qırğız Respublikası Prezident Administrasiyasının şöbə müdirinin müavini, tarix elmləri doktoru, professor Oktyabr Kapalbayev, Qırğızıstan Xalq Assambleyasının sədri Almanbet Matubraimov, Qırğızıstan Parlamentinin sabiq spikeri, Qırğız Respublikasının Qəhrəmanı, Ağsaqqallar Şurasının sədri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü Prof. Dr. Medetkan Şerimkulov, ölkə parlamentinin deputatları Arslanbek Maliyev və Nurjigit Kadırbekov, Qırğızıstan Milli Akademiyasının akademikləri Abdılcan Akmataliyev və Sırtbay Musayev, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Sevinc Əliyeva, Qırğızıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Akif Alaferdov, “Çingiz Aytmatov adına İssık-Kul Forumu” İctimai Birliyinin prezidenti, tanınmış diplomat, yazıçının oğlu Əsgər Aytmatov, “İrs” İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyinin sektor və şöbə müdirləri Arkarbek Mamıtov və Altın Tursunbekova çıxış ediblər.

Qırğızıstanla Azərbaycanı bir-birinə ortaq tarixi köklər, mədəni ənənələr və mənəvi-əxlaqi dəyərlərin bağladığını vurğulayan natiqlər Heydər Əliyevlə bağlı xoş xatirələrini bölüşüblər. Onun Azərbaycan xalqının və türk dünyasının maraqları naminə həyata keçirdiyi misilsiz xidmətləri yüksək qiymətləndiriblər.

Komitə sədri ulu öndərin çox sevdiyi mahnılardan ibarət “Heydər Əliyevin sevimli musiqi inciləri” kitabını Qırğızıstan Parlamentinin sabiq spikeri, Qırğız Respublikasının Qəhrəmanı Medetkan Şerimkulova hədiyyə edib.

Konfrans yerli kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə işıqlandrılıb.

 

 

 

Səfər çərçivəsində F.Muradovun Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanıbek Osmonalievlə də görüşü keçirilib. Görüş zamanı qonağa komisiyanın fəaliyyəti barədə ətraflı məlumat verilib. Hazırda Qırğızıstanda iki dilin (qırğız və rus) rəsmi dövlət dili olduğu, bu durumun dəyişdirilməsini nəzərdə tutan yeni qanun layihəsinin hazırlanması ilə bağlı işlərin aparıldığı bildirilib.

Komissiya sədri Diasporla İş üzrə Dövlət Komitəsi ilə imzalanan Anlaşma Memorandumu əsasında Azərbaycan diasporu ilə silsilə tədbirlər keçirildiyini məmnunluqla vurğulayıb və mədəniyyət paytaxtımız Şuşa şəhərinə səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb.

Komitə sədri səmimi qəbula və Qırğızıstandakı Azərbaycan diasporu ilə sıx əməkdaşlıq əlaqələrinə görə minnətdarlığını bildirib. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun və latın qrafikalı Azərbaycan əlifbasına keçidin tarixi barədə qısa məlumat verib.

 

 

 

Qeyd edilib ki, dövlət başçımızın doğma dilimizin təbliğinə dair tapşırıqları və dəstəyi əsasında müxtəlif xarici ölkələrdə 20-dən artıq Azərbaycan Evi yaradılıb və bu evlərin nəzdində Azərbaycan həftəsonu məktəbləri uğurla fəaliyyət göstərir. Növbəti il ərzində xarici ölkələrdə daha 10 Azərbaycan Evinin açılmasının nəzərdə tutulur.

 

 

 

Görüş əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsinin aparılması və qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/biskekde-dilimiz-milli-servetimizdir-adli-elmi-praktik-konfrans-teskil-edilib-3849

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.