DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Dövlət Komitəsinin sədri İstanbulda Azərbaycan icması ilə görüşüb

Dövlət Komitəsinin sədri İstanbulda Azərbaycan icması ilə görüşüb
REKLAM ALANI
07.04.2024
A+
A-

Dövlət Komitəsinin sədri İstanbulda Azərbaycan icması ilə görüşüb

7 aprel, 2024

Dövlət Komitəsinin sədri İstanbulda Azərbaycan icması ilə görüşüb

 

 

 

 

 

İstanbulda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyədə yaşayan Azərbaycan icması ilə görüşü keçirilib.

Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin ulu öndərləri Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də şəhidlərin əziz xatirələri ehtiramla yad edilib.

Görüşdə çıxış edən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə qurumun fəaliyyəti barədə hesabat verib.

Tədbir iştirakçılarını salamlayan Komitə sədri Fuad Muradov onları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib, bu il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində xaricdə, o cümlədən Türkiyədə yaşayan azərbaycanlıların fəal iştirakını xatırladaraq, soydaşlarımıza təşəkkürünü bildirib.

Aprelin 7-də Türkiyənin Kayseri şəhərində “Şuşa Azərbaycan Evi”nin açılacağını deyən Sədr hazırda dünyanın 15 ölkəsində 28 Azərbaycan Evinin fəaliyyət göstərdiyini, bu kimi yeni evlərin yaradılması ilə bağlı çoxsaylı müraciətlərin olduğunu bildirib, işğaldan azad edilən ərazilərimizdə aparılan inşa-yenidənqurma işləri barədə danışıb.

Komitə sədri rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə hesabatı iştirakçıların diqqətinə çatdırıb.

Sonra Türkiyədə yaşayan azərbaycanlı elm xadimləri və incəsənət nümayəndələri diaspor fəaliyyətinin gücləndirilməsi ilə bağlı təkliflərini ifadə edib, Türkiyədə yaşayan Azərbaycanlı Elm Adamlarının Dərnəyinin (Azerbaycan Bilim İnsanları Derneği – ABİD) təsis olunması ilə bağlı fikirlərini bildiriblər.

Sonda türkiyəli kardioloq, ümummilli lider Heydər Əliyevi şəxsən tanıyan görkəmli həkim, professor Ertan Demirtaşa, jurnalist Sevil Nuriyevaya və TADEF sədrinin müşaviri Pərviz Məmmədzadəyə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, Adana Çukurova Universitetinin professoru, rəssam İlham Ənvəroğluna “Tərəqqi” medalı təqdim edilib. Professorlar Elşən Vəli və Sayad Kocahan, eləcə də Türkiyədə fəaliyyət göstərən bir sıra Azərbaycan dərnəklərinin rəhbərləri “Diaspor sahəsində aktiv fəaliyyətinə görə” Təşəkkürnamə ilə təltif olunublar.

FOTO QALEREYA

 

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/dovlet-komitesinin-sedri-istanbulda-azerbaycan-icmasi-ile-gorusub-4519

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.