DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Londondakı “Azərbaycan Evi”ndə 20 Yanvar şəhidləri yad edilib

Londondakı “Azərbaycan Evi”ndə 20 Yanvar şəhidləri yad edilib
REKLAM ALANI
26.01.2024
A+
A-

 

 

 

Londondakı “Azərbaycan Evi”ndə 20 Yanvar şəhidləri yad edilib

, 2024

 

 

 

Londondakı “Azərbaycan Evi”ndə 20 Yanvar şəhidləri yad edilib

 

 

 

London şəhərində yerləşən “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

 

 

Mərkəzin təsisçisi və rəhbəri Əli Tekin Ataların təşəbbüsü ilə baş tutan tədbirdə diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının üzvləri və ölkəmizin dostları iştirak ediblər. Öncə 20 Yanvar şəhidlərinin və qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib.

 

 

 

Tədbiri giriş sözü ilə açan Əli Tekin Atalar sovet imperiyası tərəfindən 34 il öncə Bakıda törədilmiş 20 Yanvar faciəsinin bütün türk dünyasını sarsıtdığını, bu amansız hərbi cinayətin Azərbaycanın müstəqilliyi yolunda dönüş nöqtəsi olduğunu vurğulayıb. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsini böyük tarixi hadisə adlandıran mərkəz rəhbəri bu nailiyyəti bütün türk dünyasının qələbəsi kimi qiymətləndirib.

 

 

 

Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova, gürcü əsilli tədqiqatçı Tamara Draqadze və britaniyalı jurnalist Neil Vatson çıxışlarında həmin günlə bağlı xatirələrini və Bakıdakı Şəhidlər Xiyabanını ziyarət zamanı keçirdikləri hissləri bölüşüblər. Qərbdə “islahatçı” kimi tanınan Mixail Qorbaçovun 20 Yanvar hadisələrinin sifarişçisi, dünyada Azərbaycanla bağlı yalnış fikirlərin mövcud olduğu yada salınıb.

 

 

 

Sonra 20 Yanvar faciəsindən bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib. Bu film Kanadada fəaliyyət göstərən ELTV media qrupu ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “History of Azerbaijan” layihəsi çərçivəsində hazırlanıb.

Tədbir Azərbaycan icmasının üzvü Babək Bəxtəvərin sazda ifasında həzin Azərbaycan musiqisinin səsləndirilməsi ilə başa çatıb.

 

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/londondaki-azerbaycan-evi-nde-20-yanvar-sehidleri-yad-edilib-4126

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.