Reklam Alanı

Milli irsimiz Fayetvil festivalında

Milli irsimiz Fayetvil festivalında 2025 Milli irsimiz Fayetvil festivalında Azərbaycan Şimali Karolina ştatının Fayetvil şəhərində keçirilən “47-ci Ənənəvi Beynəlxalq Xalqlar Festivalı”nda təmsil olunub.

Milli irsimiz Fayetvil festivalında
📅 Ekim 9, 2025 📂 DÜNYA 🔊

Milli irsimiz Fayetvil festivalında

2025

Milli irsimiz Fayetvil festivalında

Azərbaycan Şimali Karolina ştatının Fayetvil şəhərində keçirilən “47-ci Ənənəvi Beynəlxalq Xalqlar Festivalı”nda təmsil olunub. Ştatda fəaliyyət göstərən Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən təqdimat zamanı Azərbaycan mədəniyyəti və milli irsi geniş auditoriyaya tanıdılıb.

 

https://x.com/DiasporaAz/status/1975923834495672350

 

 

Tədbirdə ştatda yaşayan Azərbaycan icmasının üzvləri fəal iştirak ediblər. Festival çərçivəsində nümayiş olunan Azərbaycan milli geyimləri, səhnə çıxışları və ənənəvi musiqilər ziyarətçilərin böyük marağı ilə qarşılanıb.

 

https://x.com/DiasporaAz/status/1975923834495672350

 

Festivalın ən yaddaqalan məqamlarından biri ABŞ-də fəaliyyət göstərən Cənubi Azərbaycanlı mədəniyyət xadimi Lalə Bağırzadənin rəqsi olub. Onun rəqs bacarıqları Azərbaycan mədəniyyətinin incəliyini və estetik gücünü səhnəyə daşıyıb. Bundan əlavə, təşkilat üzvlərinin ifasında təqdim olunan “Yallı” rəqsi tamaşaçılarda böyük coşğu yaradıb. Rəngarəng milli geyimlər və ritmik hərəkətlər Azərbaycan mədəniyyətinin zənginliyini və birliyini nümayiş etdirib.

 

https://x.com/DiasporaAz/status/1975923834495672350

 

Azərbaycan Dostluq Təşkilatının rəhbərliyi bildirib ki, festivalda iştirakın əsas məqsədi Azərbaycan mədəniyyətini tanıtmaq, xalqlar arasında dostluq körpüləri qurmaq və icma üzvləri arasında həmrəyliyi gücləndirməkdir. “Biz mədəniyyətimizi, ənənələrimizi və sevincimizi yerli icma ilə bölüşməkdən qürur duyuruq,” – deyə təşkilatın nümayəndələri qeyd ediblər.

Azərbaycan Dostluq Təşkilatı uzun illərdir ABŞ-də Azərbaycanı tanıtmaq və mədəni irsimizi yaşatmaq məqsədilə müxtəlif layihələr həyata keçirir.

Qeyd edək ki, “Ənənəvi Beynəlxalq Xalqlar Festivalı” hər il müxtəlif xalqların mədəniyyətlərini bir araya gətirən, dostluq və mədəni müxtəlifliyi təşviq edən tədbirlərdən biridir.

Foto qalereya

 

https://x.com/DiasporaAz/status/1975923834495672350

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/milli-irsimiz-fayetvil-festivalinda-6191

 

 

https://x.com/DiasporaAz/status/1975923834495672350

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir