DOLAR
EURO
ALTIN
BIST
Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
İstanbul °C

Nyu-Yorkda “Dağ Yəhudilərinin Sirri: Azərbaycan” mövzusunda tədbir keçirilib

Nyu-Yorkda “Dağ Yəhudilərinin Sirri: Azərbaycan” mövzusunda tədbir keçirilib
REKLAM ALANI
06.02.2024
A+
A-

 

 

Nyu-Yorkda “Dağ Yəhudilərinin Sirri: Azərbaycan” mövzusunda tədbir keçirilib

, 2024

Nyu-Yorkda “Dağ Yəhudilərinin Sirri: Azərbaycan” mövzusunda tədbir keçirilib

 

 

 

 

ABŞ-nin Nyu-York şəhərindəki “Yəhudi İrsi Muzeyi”ndə (“Museum of Jewish Heritage”) “Dağ Yəhudilərinin Sirri: Azərbaycan” mövzusunda tədbir və “Leylanın skripkası” qısametrajlı bədii filminin təqdimat mərasimi keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Hold on To Your Music” təşkilatının və ABŞ-da yaşayan Azərbaycanlı bəstəkar, musiqiçi və yazıçı Ella Leyanın birgə təşkilatçılığı ilə keçirilən gecədə Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin diplomatları, ABŞ-də fəaliyyət göstərən Azərbaycan və yəhudi icmalarının nümayəndələri, sənətsevərlər, yerli və xarici media mənsubları iştirak ediblər. Tədbir Azərbaycanda yaşayan yəhudilərin irsi, tarixi, mədəniyyəti barədə məlumatın verilməsi, Azərbaycanın multikultural və tolerant ölkə kimi tanıdılması məqsədilə gerçəkləşdirilib.

 

 

 

 

Tədbiri giriş sözü ilə açan Ella Leya Azərbaycanla bağlı xatirələrindən və rejissoru olduğu “Leylanın skripkası” filmi haqqında danışıb. Ailəsi ilə bərabər 20 yaşında öncə Bakıdan Moskvaya, sonra isə Kaliforniyaya köçən rejissor nəzərə çatdırıb ki, real həyatda baş vermis hekayəni canlandırmağa çalışıb. Doğulduğu Vətən torpağına dərin bağlılığından danışarkən qeyd edib ki, aradan keçən zaman və məsafə onu Azərbaycandan ayıra bilməyib. “Biz həm də filmdə Azərbaycanda tarix boyu bütün dinlərin və etnik qrupların birgə sülh və əmin-amanlıq şəraitində mövcud olması üçün ən gözəl şəraitin yaradıldığını nəzərə çatdırmağa çalışdıq”, – deyə o, bildirib.

 

 

 

Sonra Azərbaycan-Amerika Gənclər Federasiyasının sədri Gunay Məmmədova tədbir iştirakçılarını ABŞ-də fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları adından salamlayıb. Bildirib ki, Azərbaycan yəhudilərin antisemitizm görmədiyi və hiss etmədiyi bir ölkədir. Ölkəmizin əsrlər boyu milli mədəni müxtəlifliklə, qarşılıqlı anlaşma və dialoqla fərqləndiyi, ən böyük yəhudi icmasının müsəlman əksəriyyəti ilə birlikdə paytaxt Bakıda, Quba şəhərində və digər bölgələrdə sülh içində yaşadığı, sinaqoqların məscid və kilsələrlə bərabər təhlükəsiz şəkildə fəaliyyət göstərdiyi, ABŞ-dəki Azərbaycan diasporunun yəhudi icmaları ilə sıx əlaqələrə malik olduğu, Azərbaycanın və yəhudilərin zəngin mədəni irslərini təbliğ etdikləri vurğulanıb.

 

 

 

 

Həmişə sülhün və bütün xalqların, o cümlədən yəhudilərin sülh içində yaşamasının tərəfdarı olan Azərbaycanda 7 fevralda tarixi hadisənin baş verəcəyi, xalqımızın ilk dəfə olaraq ərazisi tam bərpa olunmuş ölkəmizdə novbədənkənar Prezident seçkilərində səs verəcəyini xatırladıb və səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının düzgün seçim edəcəyinə əminliyini bildirib.

 

 

 

Bədii hissədə Böyük Britaniyada yaşayan azərbaycanlı skripkaçı Sabina Rakçeyeva, ABŞ-də yaşayan musiqiçi, Azərbaycanın əməkdar artisti Nərgiz Əliyarova və Nyu-Yorkda fəaliyyət göstərən “Mənim yolum” (“My way”) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin rəqs qrupu çıxış ediblər. Azərbaycan, yəhudi musiqiləri və milli rəqslərimiz alqışlarla qarşılanıb.

 

 

 

Daha sonra Monako Film Festivalında “Mələk” (“Angel”) mükafatı almış “Leylanın skripkası” adlı qisa metrajlı film nümayiş etdirilib. Göz oxşayan görüntülərin musiqi ilə vəhdətindən ərsəyə gələn sənət əsəri qonaqlarda böyük maraq doğurub. Azərbaycan haqqında geniş məlumatın verildiyi tədbirdən tamaşaçılar yüksək əhval-ruhiyyə ilə ayrılıblar.

 

 

 

 

Qeyd edək ki, “Leylanın skripkası” filmi Kaliforniyada yaşayan Leyla (bu rolu Hollivudun gənc aktrisası Sofiya Rossinski canlandırıb) adlı qızın anasını axtarmaq üçün doğulduğu yerə – Azərbaycana, Quba dağlarında dağ yəhudilərinin qədim yaşayış məskəninə səyahət etməsindən, burada sufi və kabalizm mistikləri ilə tanış olmasından və qırmızı skripkanın ruhu ilə qarşılaşmasından bəhs edir.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/nyu-yorkda-dag-yehudilerinin-sirri-azerbaycan-movzusunda-tedbir-kecirilib-4190

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.